ABŞ istehlakçı inamı dörd ilin ən sürətli aylıq artımına imza atıb | Banco.az

ABŞ istehlakçı inamı dörd ilin ən sürətli aylıq artımına imza atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ istehlakçı inamı dörd ilin ən sürətli aylıq artımına imza atıb.

Banco.az xəbər verir ki, Conference Board təşkilatı amerikalı istehlakçıların meyllərini ölçən İstehlakçı İnam İndeksinə dair may ayı nəticələrini açıqlayıb.

ABŞ-da istehlakçı inamı gömrük tarifləri ilə bağlı razılaşma və iqtisadi mənzərənin bir qədər yaxşılaşması fonunda may ayında son beş ilin ən aşağı səviyyəsindən kəskin şəkildə yuxarı qalxıb.

Məlumatlara əsasən, indeks 12,3 bənd artaraq 98 səviyyəsinə yüksəlib və son dörd ilin ən böyük aylıq artımını nümayiş etdirib.

Bloomberg tərəfindən aparılan sorğuda iqtisadçıların medyan proqnozu 87,1 səviyyəsində idi.

Amerikalı istehlakçıların cari iş və əmək bazarı şəraitinə dair qiymətləndirmələrini əks etdirən Cari Vəziyyət İndeksi əvvəlki ayla müqayisədə 4,8 bənd artaraq 135,9 səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram