Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ iqtisadiyyatı 2024-cü ilin birinci rübündə 1,3 faizlə proqnozlardan aşağı artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrü üzrə Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarına dair ikinci proqnozları açıqlayıb.
Buna görə, ABŞ-da ÜDM bu ilin birinci rübündə illik 1,3 faiz artıb. Bununla da 2022-ci ilin ikinci rübündən bəri ən aşağı artım qeydə alınıb.
Xatırladaq ki, ölkə iqtisadiyyatı 2023-cü ilin son rübündə 3,4 faiz, ötən il isə 2,5 faiz artım nümayiş etdirib.
Qeyd edək ki, ilin birinci rübündə ABŞ iqtisadiyyatının artımı istehlak xərclərinin, yaşayış və qeyri-yaşayış sahələrinə qoyulan əsas investisiyaların, əyalət və yerli idarəetmə xərclərinin artması ilə şərtlənib.
Bizi sosial şəbəkələrdən izləyin!!