Müəllif: Tamara Mustafayeva, Banco.az
ISM xidmət indeksi ötən ay 50,1 səviyyəsində olub və Bloomberg-in bütün proqnozlarının altında qalıb.
Banco.az xəbər verir ki, indeksin 50-dən yuxarı olması sektorda artımı, 50-dən aşağı olması isə daralmanı göstərir.
İndeks iyun ayında 50,8 olaraq qeydə alınmışdı.
İstihdam indeksi isə 46,4 punktla son 5 ayda 4-cü dəfə daralma göstərib. Bu eyni zamanda pandemiyadan bəri müşahidə olunan ən aşağı səviyyələrdən biri oldu. Yeni sifarişlər indeksi də 50,3-ə enərək durğunluq bölgəsinə yaxınlaşdı.
Açıqlanan göstəricilər, sektora yüksək tariflərin, ehtiyatlı davranan istehlakçıların və Prezident Donald Trampıın siyasətlərinin mənfi təsirlərini əks etdirir.
ISM Xidmətlər Biznes Sorğusu Komitəsinin sədri Stiv Miller verdiyi açıqlamada, “Verilər zəif artımı əks etdirməyə davam edir. Sorğu iştirakçıları arasında ən çox müzakirə olunan mövzu tariflərin təsiri oldu,” – deyə bildirib.
İyul ayında nəqliyyat, topdan satış və maliyyə də daxil olmaqla 11 sektor artım göstərdi. Qonaqpərvərlik və qida xidmətləri başda olmaqla 7 sektor daralıb.
Bizi sosial şəbəkələrdən izləyin!!