ABŞ-ın texnologiya nəhəngləri maliyyə nəticələrini açıqlayıblar | Banco.az

ABŞ-ın texnologiya nəhəngləri maliyyə nəticələrini açıqlayıblar

Müəlllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın texnologiya şirkətləri olan "Alphabet", "Amazon", "Meta" və "Microsoft" yanvar-mart aylarında gözləniləndən daha yüksək gəlir və mənfəət əldə etdiklərini bildiriblər.

Banco.az xəbər verir ki, "Alphabet" şirkəti 2026-cı ilin birinci rübü üçün mənfəət hesabatını açıqlayıb.

Müvafiq olaraq, Alphabet-in ilin birinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 109,9 milyard dollara çatıb. Şirkət 2025-ci ilin birinci rübündə 90,2 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti də birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 81 faiz artaraq 62,6 milyard dollara çatıb. Alphabet ötən ilin birinci rübündə 34,5 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin səhm başına mənfəəti də ötən ilin yanvar-mart aylarında 2,81 dollardan bu ilin eyni dövründə 5,11 dollara yüksəlib.

Şirkət açıqlamasında rüblük dividend ödənişlərini 5 faiz artıracağını açıqladı.

"Amazon" şirkəti 2026-cı ilin yanvar-mart ayları üzrə maliyyə hesabatlarını açıqlayıb.

Müvafiq olaraq, Amazon-un xalis satışları bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 181,5 milyard dollara çatıb. Şirkətin xalis satışları ötən ilin birinci rübündə 155,7 milyard dollar olaraq qeydə alınıb.

Amazon-un xalis mənfəəti də ilin birinci rübündə 77 faiz artaraq 30,3 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 17,1 milyard dollar xalis mənfəət əldə edib.

Elektron ticarət nəhənginin səhm başına qazancı ötən ilin birinci rübündəki 1,59 dollardan bu ilin eyni dövründə 2,78 dollara yüksəlib.

Bu dövrdə şirkətin gəliri və mənfəəti bazar gözləntilərini üstələyib.

Facebook, Instagram və WhatsApp-ın sahibi olan "Meta" şirkəti 2026-cı ilin birinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 56,3 milyard dollara çatıb. Meta ötən ilin eyni dövründə 42,3 milyard dollar gəlir əldə edib.

"Meta" şirkətinin xalis mənfəəti də bu ilin birinci rübündə 61 faiz artaraq 26,8 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 16,6 milyard dollar mənfəət əldə edib.

Şirkətin səhm başına mənfəəti ötən ilin birinci rübündəki 6,43 dollardan bu ilin eyni dövründə 10,44 dollara yüksəlib.

Sözügedən dövrdə Meta-nın gəliri və mənfəəti bazar gözləntilərini üstələyib.

"Microsoft" maliyyə təqvimində 31 martda bitən üç aylıq dövrü 2026 maliyyə ilinin üçüncü rübü kimi istifadə edərək, mənfəətini açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri yanvar-mart dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 82,9 milyard dollara çatıb. "Microsoft" ötən ilin eyni dövründə 70,1 milyard dollar gəlir əldə etmişdi.

Bu dövrdə şirkətin gəliri bazar gözləntilərini üstələyib.

Microsoft-un xalis mənfəəti də eyni dövrdə 23 faiz artaraq 31,8 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 25,8 milyard dollar olaraq qeydə alınıb.

Bu dövrdə şirkətin səhm başına mənfəəti 3,46 dollardan 4,27 dollara yüksəlib.

Həmin dövrdə Microsoft-un mənfəəti də bazar gözləntilərini üstələyib.

Bundan əlavə, şirkətin "Azure" və digər bulud xidmətlərindən əldə etdiyi gəlir 40 faiz artıb.