ABŞ-ın dərman tarifləri Aİ məhsullarına təsir etməyəcək | Banco.az

ABŞ-ın dərman tarifləri Aİ məhsullarına təsir etməyəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqından ABŞ-a idxal edilən əczaçılıq məhsulları ABŞ-ın yeni gömrük rüsumlarından azad ediləcək.

Banco.az xəbər verir k, DPA xəbər agentliyi ABŞ hökumətindəki mənbələrə istinadən məlumat verib.

Agentliyin məlumatın  görə, Ağ Ev Aİ-nin idxalı üçün razılaşdırılmış 15% tarif həddinə riayət edir ki, bu da əczaçılıq məhsullarına aiddir. Avropa Komissiyası daha əvvəl Almaniya və digər Aİ ölkələrinin ABŞ-ın yeni tariflərindən azad ediləcəyini təklif etmişdi.

Sentyabrın 25-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun oktyabrın 1-dən əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcəyini bəyan edib. O əlavə edib ki, ABŞ-da artıq öz fabriklərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar olacaq.

Mayın 12-də Tramp ABŞ-da dərman qiymətlərinin 59-90% aşağı salınması haqqında sərəncam imzalayıb. Mətbuat konfransında o, ABŞ-dakı qiymətlərin digər ölkələrdəki qiymətlərlə uyğun gəlmədiyi təqdirdə idxal edilən dərmanlara tariflər tətbiq edəcəyini açıqlayıb.