ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb | Banco.az

ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə Nazirliyi iyul ayı üçün büdcə balansı hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-da federal büdcə kəsiri iyulda 19,4 faiz artaraq 291 milyard dollara, ilin ilk 10 ayında isə 1,6 trilyon dollara yüksəlib.

Buna görə federal hökumətin büdcə kəsiri 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə sona çatacaq 2025-ci maliyyə ilinin onuncu ayında 291 milyard dollar olaraq hesablandı .

Federal hökumətin keçən ilin iyul ayında büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə 19,4 faiz artaraq 243,7 milyard dollar olub.

Bu dövrdə büdcə balansı üçün bazar gözləntiləri 206,7 milyard dollar kəsir olub.

İyulda dövlət gəlirləri illik müqayisədə 2,5 faiz artaraq 338,5 milyard dollara, xərclər isə 9,7 faiz artaraq 629,6 milyard dollara çatıb.

Maraqlıdır ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə uyğun olaraq, iyul ayında gömrük rüsumlarından əldə edilən xalis gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 faiz artaraq təxminən 28 milyard dollara çatıb.

2025-ci maliyyə ilinin onuncu ayı olan iyul ayı etibarilə ölkənin ümumi büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 1,6 trilyon dollara çatıb. Sözügedən kəsir ötən ilin eyni dövründə 1,5 trilyon dollar təşkil edib.

Maliyyə ilinin ilk on ayında gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 4,4 trilyon dollara, xərclər isə 6,7 faiz artaraq 5,9 trilyon dollara yaxın olub.