ABŞ-ın büdcə kəsiri avqustda 345 milyard dollar təşkil edib | Banco.az

ABŞ-ın büdcə kəsiri avqustda 345 milyard dollar təşkil edib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə Nazirliyi avqust ayı üçün büdcə balansı hesabatını açıqlayıb. 

Banco.az xəbər verir ki, Federal hökumətin keçən ilin avqust ayında büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə 9% azalaraq 380 milyard dollar olub.

Bu dövrdə büdcə balansı üçün bazar gözləntiləri 305,7 milyard dollar kəsir idi. Avqustda dövlət gəlirləri illik müqayisədə 12 faiz artaraq 344 milyard dollara çatıb, xərclər isə dəyişməz olaraq 689 milyard dollar olub.

Maraqlıdır ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə uyğun olaraq, avqust ayında gömrük rüsumlarından daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 296 faiz artaraq 30 milyard dollara çatıb.

2025-ci maliyyə ilinin on birinci ayı olan avqust ayı etibarilə ölkənin ümumi büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 1 trilyon 973 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu kəsir 1,897 trilyon dollar olub.

Maliyyə ilinin on bir ayında gəlirlər illik müqayisədə 7 faiz artaraq təxminən 4,7 trilyon dollara, xərclər isə 6 faiz artaraq təxminən 6,7 trilyon dollara çatıb.