Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də fermerlərin borcları rekord həddə çatıb.
Banco.az xəbər verir ki, ABŞ-də fermerlər kənd təsərrüfatı istehsalını davam etdirə bilmək üçün əvvəlkindən daha çox borc götürürlər.
“Reuters”in məlumatına görə, təchizatçılardan alınan kreditlərin və alternativ maliyyələşmə mənbələrinin getdikcə geniş yayılması kənd təsərrüfatı sektorunun ümumi borcunu dəqiq hesablamağı çətinləşdirir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) son hesablamalarına əsasən, inflyasiya nəzərə alınmaqla hesablanan kənd təsərrüfatı borcu 2000-ci ildəki təxminən 300 milyard dollardan bu il 605 milyard dolları ötüb. Beləliklə, borc iki dəfədən çox artaraq rekord səviyyəyə çatıb.
Lakin “Reuters”in araşdırması fermerlərin faktiki borcunun bu məbləğdən daha yüksək ola biləcəyini göstərir.
Fermerlərin iflas üçün müraciətlərinin sayı artdığı bir vaxtda bəzi banklar kredit şərtlərini sərtləşdirib. Nəticədə istehsalçılar maliyyə əldə etmək üçün təchizatçılara, kənd təsərrüfatı kooperativlərinə, avadanlıq istehsalçılarına, maliyyə texnologiyaları şirkətlərinə və digər alternativ kredit təşkilatlarına üz tutublar.
Bizi sosial şəbəkələrdən izləyin!!
