ABŞ-da neft ehtiyatları həftə ərzində 1,75 milyon barrel artıb, proqnozları üstələyib | Banco.az

ABŞ-da neft ehtiyatları həftə ərzində 1,75 milyon barrel artıb, proqnozları üstələyib

Müəllif - Fərid İslamov - Banco.az

ABŞ-ın ticarət neft ehtiyatları ötən həftə 1,745 milyon barrel artıb. Bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Trading Economics məlumatlarına əsasən, analitiklər ortalama olaraq 1,1 milyon barrel artım proqnozlaşdırırdılar.

  • Benzin ehtiyatları 527 min barrel azalıb,

  • Distillat ehtiyatları isə 2,8 milyon barrel azalıb.

Ekspertlər benzinin ehtiyatlarının 2,3 milyon barrel azalmasınıdistillat ehtiyatlarının 400 min barrel azalmasını gözləyirdilər.

Bu arada, New York Əmtəə Birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Kuşinq terminalındakı ehtiyatlar da həftə ərzində 1 milyon barrel azalıb (14 martda bitən həftə ərzində). Bir həftə əvvəl isə göstərici 1,23 milyon barrel azalmışdı.