ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq proqnozları xeyli üstələyib | Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq proqnozları xeyli üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq proqnozları əhəmiyyətli dərəcədə üstələyib.

Banco.az xəbər verir ki, ABŞ-də yanvar ayında işə qəbul göstəriciləri gözləntiləri üstələyib, işsizlik səviyyəsi isə gözlənilmədən azalıb.

Əmək Nazirliyinin açıqladığı məlumatlara əsasən, kənd təsərrüfatı sahəsindən kənar məşğulluq yanvar ayında 130 min nəfər artaraq proqnozları xeyli qabaqlayıb.

“Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntisi məşğulluğun 65 min nəfər artması idi.

İşsizlik səviyyəsi 4,4 faizdən 4,3 faizə enib. Proqnoz isə 4,4 faiz səviyyəsində idi.

Əvvəlki iki ay üzrə məşğulluq göstəriciləri 17 min nəfər aşağı istiqamətdə yenidən nəzərdən keçirilib. “Fed”in yaxından izlədiyi orta saatlıq əməkhaqları aylıq gözləntiləri üstələyərək 0,4 faiz artıb. Proqnoz 0,3 faiz artım idi. Saatlıq əməkhaqları illik ifadədə 3,7 faiz yüksələrək 37,17 dollar təşkil edib.

Orta saatlıq əməkhaqqı ötən ilin dekabr ayında aylıq ifadədə 0,1 faiz, illik ifadədə isə 3,7 faiz artmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram