Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ixtisarlar 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, işdən çıxarılmaların qeydini aparan konsaltinq şirkəti “Challenger, Gray & Christmas” şirkəti sentyabr ayına aid hesabatını yayımlayıb.
Hesabata görə, ABŞ-ın əsas işəgötürənləri sentyabr ayında işdən çıxarıldığını açıqladıqları şəxslərin sayı illik müqayisədə 26% azalma ilə 54 064 nəfər olub.
İlin üçüncü rübündə də ABŞ-lı işəgötürənlər keçən ilin eyni dövrü ilə müqayisədə 16% artım göstərərək 202 118 nəfərin işdən çıxarıldığını açıqlayıb. Bu, 2020-ci ildən bəri üçüncü rübdə ən yüksək işdən çıxarılma sayı kimi diqqət çəkib.
Bu ilin ilk üç rübündə ümumi işdən çıxarılma sayı da 2024-cü illə müqayisədə 55% artaraq 946 426-ya çatıb və 2020-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!