Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ İstehsalat Satınalma Menecerləri İndeksi (PMI) avqust ayında 53,3-ə yüksələrək 2022-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, “S&P Global” ABŞ-ın avqust ayına dair istehsal, xidmət və kompozit PMI ilkin göstəricilərini açıqlayıb.
Buna əsasən, istehsal sənayesi PMI avqustda əvvəlki ayla müqayisədə 3,5 bənd artaraq 53,3 dəyərinə yüksəlib.
2022-ci ilin may ayından bəri ən yüksək səviyyəsini görən indeks iyulda 49,8 punkt olmuşdu.
İstehsal sektorunda genişlənməyə işarə edən və bazar proqnozlarını üstələyən indeksin, 49,7 olacağı gözlənilirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!