Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlak qiymətləri avqust ayında əvvəlki aya nisbətən 0,4% artıb.
Banco.az xəbər verir ki, Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə aylıq istehlak inflyasiyasının 0,3% olacağı istiqamətində idi.
İllik inflyasiya isə eyni dövrdə 2,9% təşkil edərək gözləntilərə paralel nəticələnib.
Əsas göstəricilərdə də gözləntilərə uyğun nəticələr qeydə alınıb.
Qida və enerji qiymətləri istisna olmaqla istehlak qiymətləri avqustda aylıq olaraq 0,3% artıb.
İllik əsas inflyasiya isə 3,1% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!