ABŞ-da işsizlik müavinəti müraciətləri həftələrdir ən yüksək həddədir | Banco.az

ABŞ-da işsizlik müavinəti müraciətləri həftələrdir ən yüksək həddədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətlərinə dair həftəlik məlumatları açıqlayıb.

Banco.az xəbər verir ki, buna görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 9 avqustla bitən həftədə əvvəlki həftəyə nisbətən 3 min nəfər azalaraq 224 min nəfər olub.

“Bloomberg”in sorğusunda iştirak edən 39 iqtisadçının orta proqnozu müraciətlərin 225 minə yüksələcəyi istiqamətində idi.

Ötən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciəti sayı da 750 nəfər artaraq 221 min 750 nəfərə çatıb.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 26 iyulda bitən həftədə son 43 ayın rekordunu qırmışdı, lakin 2 avqust həftəsində 15 min nəfər azalaraq 1 milyon 953 min nəfərə enib. Bu azalma baş versə də, müraciətlərin sayı bir neçə aydır ki, 2021-ci ildən bəri ən yüksək səviyyə ətrafında qalmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram