Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də noyabr ayında istehlak qiymətləri proqnozlardan aşağı olaraq 2,7 faiz səviyyəsində olub.
Banco.az xəbər verir ki, proqnozlar isə bu göstəricinin 3,1 faiz olacağı yönündə idi.
ABŞ-də noyabr ayında baza inflyasiya isə illik bazada 2021-ci ilin əvvəlindən bəri ən yavaş artım tempini göstərib. ABŞ Çalışma və Statistika Bürosunun (BLS) açıqlamasına görə, qida və enerji istisna olmaqla istehlak qiymətləri noyabr ayında 2,6 faiz artıb. İki ay əvvəl bu göstərici illik bazada 3 faiz idi. Əsas inflyasiya iki ay əvvəllə müqayisədə 0,2 faiz yüksəlib.
BLS hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən oktyabr ayına aid qiymət məlumatlarının böyük hissəsini toplaya bilməyib. Bu vəziyyət qurumun noyabr ayında inflyasiyanın daha geniş göstəricilərini və bir çox mühüm kateqoriya üzrə aylıq dəyişiklikləri müəyyənləşdirmə imkanlarını məhdudlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
