ABŞ-da dövlət borcunun 2030-cu ildə rekord həddə çatacağı proqnozlaşdırılır | Banco.az

ABŞ-da dövlət borcunun 2030-cu ildə rekord həddə çatacağı proqnozlaşdırılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da dövlət borcunun 2030-cu ildə rekord həddə çatacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, ABŞ Konqresinin Büdcə Ofisi (“CBO”) “Büdcə və İqtisadi Mənzərə: 2026–2036” adlı hesabatını dərc edib.

Hesabatda qeyd olunur ki, 2025-ci maliyyə ilində 1,78 trilyon dollar səviyyəsində olacağı gözlənilən federal hökumətin büdcə kəsiri bu il 1,85 trilyon dollara yüksələcək.

Büdcə kəsirinin gələn il 1,89 trilyon dollara çatacağı, 2036-cı ildə isə 3,12 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır. Tarixi göstəricilərlə müqayisədə büdcə kəsirinin yüksək səviyyədə qaldığı vurğulanan hesabatda, kəsirin ümumi daxili məhsula (ÜDM) nisbətinin 2026-cı ildə 5,8 faiz, 2036-cı ildə isə 6,7 faiz təşkil edəcəyi bildirilib.

Hesabatda qarşıdakı 10 il ərzində davam edəcək yüksək büdcə kəsirlərinin dövlət borcunun davamlı artımına səbəb olacağı xüsusi olaraq qeyd edilir. Dövlət borcunun ÜDM-ə nisbətinin bu il 101 faizə yüksələcəyi gözlənilir.

Bu göstəricinin 2030-cu ilin sonuna qədər 108 faizə çataraq rekord səviyyəyə yüksələcəyi, 2036-cı ildə isə 120 faizi ötəcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram