ABŞ bu il üçün neft qiymətləri proqnozunu aşağı salıb | Banco.az

ABŞ bu il üçün neft qiymətləri proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə dair neft qiyməti proqnozunu aşağı salıb – əvvəlki hesabatda barel üçün 73,85 dollar olaraq göstərilən proqnoz 65,85 dollara endirilib.

OPEC+ ölkələrinin hasilat artırma qərarları və OPEC-dən kənar ölkələrin artan istehsalı bazarda təklif bolluğu hissini gücləndirib, bu da qlobal neft ehtiyatlarının artmasına və qiymətlərə təzyiqə səbəb olur.

Bu ilin ilk 4 ayında ehtiyatlara gündəlik orta hesabla 300 min barel neft əlavə olunduğu təxmin edilir, bu isə yanvar proqnozlarında gözlənilən 200 min barel azalma ilə ziddiyyət təşkil edir.

Brent neftinin barel qiymətinin 2025-ci ilin sonuna doğru 61 dollara qədər düşəcəyi və 2026-cı ildə 59 dollarda sabitləşəcəyi proqnozlaşdırılır.

2025-ci il üçün Brent-in orta qiyməti 65,85 dollar, WTI (Qərbi Texas nefti) isə 61,81 dollar olaraq gözlənilir.

ABŞ-da bu il gündəlik orta neft hasilatı 13 milyon 420 min barel olacaq (ötən il bu rəqəm 13 milyon 210 min barel idi).

Qlobal gündəlik neft təklifi 104,13 milyon barel, istehlak isə 103,71 milyon barel olacaq – yəni təklif tələbi üstələyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram