Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ aviaşirkətlərinin ümumi yanacaq xərcləri artıb.
Banco.az xəbər verir ki, ABŞ Nəqliyyat Statistikası Bürosu aprel ayında ABŞ aviaşirkətlərinin yanacaq xərcləri və istehlakı ilə bağlı məlumatları açıqlayıb.
Müvafiq olaraq, ABŞ aviaşirkətlərinin aprel ayında müntəzəm uçuşlar həyata keçirdiyi ümumi yanacaq xərcləri 6,47 milyard dollar təşkil edib.
Bu məbləğ mart ayı ilə müqayisədə 26,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 78 faiz artıb.
ABŞ aviaşirkətləri aprel ayında ümumilikdə 1,57 milyard gallon yanacaq istehlak ediblər.
Yanacaq istehlakı mart ayı ilə müqayisədə 2,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,2 faiz azalıb.
Beləliklə, yanacaq istehlakının azalmasına baxmayaraq, Yaxın Şərqdəki münaqişələrin yaratdığı yanacaq qiymətlərinin artmasının təsiri səbəbindən aviaşirkətlərin ümumi yanacaq xərcləri artıb.
