ABŞ 2025-ci il üçün neft hasilatı proqnozunu gündəlik 20 min barel artırıb | Banco.az

ABŞ 2025-ci il üçün neft hasilatı proqnozunu gündəlik 20 min barel artırıb

Müəllif - Fərid İslamov - Banco.az

 ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq proqnozuna əsasən, ABŞ 2025-ci il üçün neft hasilatı proqnozunu (digər maye karbohidrogenləri nəzərə almadan) gündəlik 20 min barel artıraraq 13,59 milyon bareldən 13,61 milyon barelə çatdırıb.

2026-cı il üçün proqnoz isə gündəlik 30 min barel artırılaraq 13,73 milyon bareldən 13,76 milyon barelə qaldırılıb.

Əvvəllər bildirildiyi kimi, EIA 2024-cü ilin yekunlarına əsasən ABŞ-da neft hasilatını gündəlik 13,21 milyon barel olaraq qiymətləndirib.