ABB-nin xalis mənfəəti 155 mln. manatı ötüb | Banco.az

ABB-nin xalis mənfəəti 155 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ilin birinci yarısını 155 milyon 472 min manat xalis mənfəətlə başa vurub. 

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə ABB-nin aktivləri 14 milyard 47 milyon 22 min manata bərabər olub. Bu, ötən ilin sonu ilə müqayisədə 418 milyon 73 min manat və ya 3,1% çoxdur. 

Bankın kredit porfeli isə 6 milyard 642 milyon 656 min manat təşkil edib. Bu da 2024-cü ilin sonu ilə müqayisədə 291 milyon 856 min manat (4,6%) çoxdur. 

Qeyd edək ki, ABB-nin depozit portfeli cari ilin 30 iyun tarixinə 9 milyard 68 milyon 190 min manata yüksəlib. Bankın depozit portfeli 49 milyon 41 min manat və ya 0,5% artıb. Bunun da 2 milyard 990 milyon 730 min manatı fiziki şəxslərin depozitləri, 6 milyard 77 milyon 459 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram