Bank qarətləri ölkəmizdə demək olar ki, baş verməsə də, dünya praktikasında bu hala tez-tez rast gəlinir. Xarici xəbərlərdə mütəmadi olaraq hansısa bankın soyğuna məruz qaldığını eşidirik. Bugünki məqaləmizdə sizə dünyanın müxtəlif yerlərində həyata keçirilən ən professional 7 bank qarəti haqqında danışacağıq.
Təcrübələr və bank qarətləri ilə bağlı müxtəlif informativ yazılar göstərir ki, bank soyğunçuları hələ lap körpəlikdən, fərqli tərbiyə almış, fərqli şərtlər altında böyümüş, xüsusi təlim görmüş şəxslər olurlar. Təbii ki, söhbət peşəkar oğrulardan gedir. Çıxılmaz vəziyyətdə olan və özünə nəzarəti itirmiş ənənəvi küçə cinayətkarlarından fərqli olaraq bank soyğunçuları hər bir addımı yüz ölçüb, bir biçirlər. Çünki onlar əməlləri uğursuzluqla bitərsə, aqibətlərinin həbsxana ilə nəticələnəcəklərini çox yaxşı başa düşürlər. Bu səbəbdən missiyaya başlamazdan əvvəl misilsiz, səhvsiz plan işləyib hazırlayırlar.
Ən peşəkar 7 bank soyğunu faktını diqqətinizə çatdırırıq:
Yaxın Şərq Britaniya Bankı: "Brute" Force. Bu qarət Beyrut Vətəndaş Müharibəsi illərində baş verib və nə az nə çox 1 həftə davam edib. 20 yanvar 1976-cı ildə xüsusi təşkilatlanmış bir dəstə Fələstin Azadlıq Təşkilatı ilə birləşərək Yaxın Şərq Britaniya Bankından $ 210 milyon oğurladı. Qanqsterlər bankın kiləsəyə bitişik divarını dağıtdılar. Deposit qutularını ələ keçirmək üçün isə, korsikalı çilingərlərin köməyindən yararlandılar.
Brinkin MAT Deposu: "Alovlu" Oğurluq. Siz Brinkin MAT Deposu qarətini bütün zamanların ən bədnam oğurluğu siyahısında saxlaya bilərsiniz. Hadisə 1983-cü ilin 20 noyabrında Heathrow Aeroportunda baş verib. Belə ki, 6 nəfər quldur bankın hava limanındakı vəsaitlərinə hücum edərək 30 mln $ dəyərində brilyant, qızıl külçə və nağd pul oğurlayıblar. Şirkətin təhlükəsizlik işçisi olan Anthony Black də oğrularla əməkdaşlığa məcbur olub. Belə ki, soyğunçular onu benzin və digər zərəri qazlar vasitəsilə müqavimət göstərə bilməyəcək vəziyyətə gətiriblər. Onlara kömək etməyəcəyi təqdirdə orda olan hamını alova qərq edəcəkləri ilə hədələyiblər. Cinayət hadisəsi öz adını məhz burdan alıb. Lakın soyğun iştirakçıları sonda həbs olunublar. Oğrulardan biri, Micky McAvoy 25 il müddətinə azadlıqdan məhrum edilib, Black isə təhlükəsizlik tədbirlərinin detallarını açıqladığı üçün altı il həbs cəzasına məhkum edilib.




