4 ayda Azərbaycanda 1 400-dən çox notbuk istehsal edilib | Banco.az

4 ayda Azərbaycanda 1 400-dən çox notbuk istehsal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 73,8 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 6,3% artıb, elektrik avadanlıqlarının istehsalı isə 5,4% azalıb.

Yanvar-aprel aylarında 1 427 ədəd notbuk (71,7% çox), 1 684 ədəd stolüstü kompüter, 168,8 min ədəd ölçmə cihazları, 182 ədəd güc transformatorları, 364 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram