3 il ərzində ən çox bu ölkədən əcnəbi gəlib | Banco.az

3 il ərzində ən çox bu ölkədən əcnəbi gəlib

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ən çox əcnəbi vətəndaş Rusiya Federasiyasından gəlib. 

Banco.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu dövrdə Rusiyadan 630,3 min nəfər Azərbaycana səfər edib. İkinci yerdə 357,5 min nəfərlə Türkiyə, üçüncü yerdə isə 201,4 min nəfərlə Hindistan qərarlaşıb. 
Əlavə olaraq, 176,8 min nəfər İran, 90,9 min nəfər Gürcüstan, 89,1 min nəfər Səudiyyə Ərəbistanı, 73,6 min nəfər Qazaxıstan və 66,3 min nəfər Pakistan vətəndaşı da bu müddət ərzində Azərbaycana səfər edib.  Ən az əcnəbi isə Suriya (339 nəfər), Norveç (1 718 nəfər) və İsveçrə (2 064 nəfər) vətəndaşları olub.2023-cü ildə Azərbaycana ən çox əcnəbi Rusiya Federasiyasından gəlib.Belə ki, 2023-cü  il Rusiyadan Azərbaycana 625 106 nəfər səfər edib ki, bu da 2022-ci ilə nisbətən 40% artım deməkdir. Siyahıda ikinci yerdə Türkiyə qərarlaşıb. Ötən il bu ölkədən Azərbaycana 378 204 nəfər səfər edib. Bu göstərici 2022-ci illə müqayisədə 21% çoxdur.Azərbaycana ən çox səfər edən əcnəbilərin siyahısında 3-cü yerdə İran , 4-cü pillədə isə Hindistan qərarlaşıb. Belə ki, ötən il İrandan Azərbaycana 165 346 nəfər (2022-ci illə müqayisədə 3% az), Hindistandan isə 117 302 nəfər (2022-ci illə müqayisədə 93% çox) gəlib.Siyahıda ilk beşliyi Gürcüstan tamamlayıb. Belə ki, 2023-cü il Gürcüstandan Azərbaycana 104 473 nəfər əcnəbi səfər edib ki, bu da 2022-ci illə müqayisədə 27% çox deməkdir.