3 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur | Banco.az

3 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün qeyri-faiz gəlirləri 20 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (36,038 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (29,382 milyon manat) və "Access Bank"dır (22,388 milyon manat).

Qalan 27 bankdan 19-da qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 9 bankda isə 1 milyon manatdan azdır. 1 bank - Pakistan Milli Bankının Bakı filialı isə 6 min manat qeyri-faiz zərəri ilə üzləşib.

Renkinq.az