Müəllif:Mehin Qasımova,Banco.az
Fransanın paytaxtı Parisdə keçirilən Nüvə Enerjisi Zirvəsi çərçivəsində 27 ölkə nüvə enerjisinin inkişafı və bu sahədə layihələrin maliyyələşdirilməsi ilə bağlı birgə bəyanat qəbul edib.
Banco.az xəbər verir ki, Türkiyənin də qoşulduğu sənəddə artan enerji tələbatı fonunda nüvə enerjisinin enerji təhlükəsizliyi, iqtisadi inkişaf və aşağı emissiyalı enerji istehsalı baxımından mühüm rol oynaya biləcəyi vurğulanır.
Bəyanatda nüvə layihələri üçün dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl investorların iştirakı ilə geniş və sabit maliyyə mexanizmlərinin yaradılmasının vacibliyi qeyd olunur.
