2026-cı ildə Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır | Banco.az

2026-cı ildə Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır

Növbəti il Azərbaycanda Aİ-95 markalı avtomobil benzini istehsalı planlaşdırılmır.

 Daxili bazarda istehlak Aİ-92 markalı benzində 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma ilə proqnozlaşdırılır.

    Növbəti il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulma layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat ayrılması proqnozlaşdırılır.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında Azərbaycanda 1 067,54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 2,1% artım deməkdir.

    Hesabat dövründə ölkədə 13,8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azdır.

      Bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur.

      apa