2025-ci ilin əsas rəngi açıqlandı | Banco.az

2025-ci ilin əsas rəngi açıqlandı

Müəllif:Ayşən İmanova/Banco.az

Pantone Rəng İnstitutu qəhvəyinin “Mocha Mousse” (şokoladlı mus) tonunu 2025-ci ilin əsas rəngi elan edib.

Banco.az xəbər verir ki, müvafiq material institutun saytında dərc olunub.

"Mocha Mousse" rəngi yüngüllük hissi bəxş edir və şokoladlı qəhvəyi çalarları ilə şüşə qabda köpürülmüş deserti xatırladır.

İnstitutun vitse-prezidenti Lori Pressman bildirib ki, ilin rənginin seçilməsinə qlobal diqqəti cəlb edən yeni materiallar, texnologiyalar və qarşıdan gələn idman tədbirləri də təsir göstərə bilər.

Qeyd edək ki, 2024-cü il üçün ilin rəngi günəşin doğuşunu və istiliyi əks etdirən şaftalı çiçəyinin tonları - "Peach Fuzz” seçilmişdi.

Pantone Rəng İnstitutu rəng və onun müxtəlif sənaye sahələrinə (moda, poliqrafiya, interyer dizaynı, reklam, kino və s.) təsiri ilə eksperimental işlərlə məşğul olan Pantone şirkətinin tədqiqat mərkəzidir. İnstitut 2000-ci ildən əsas rəngi müəyyən edir.