“2025-ci il Rusiyanın depozit bazarı üçün dönüş nöqtəsi olacaq” | Banco.az

“2025-ci il Rusiyanın depozit bazarı üçün dönüş nöqtəsi olacaq”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

"2025-ci ildə Rusiyada depozitlər üzrə orta faiz dərəcəsi 22,5%-ə çata bilər"

Banco.az xəbər verir ki, bu açıqlamanı Sovkombankın baş analitiki Anna Zemlyanova edib.

Onun sözlərinə görə, bu göstəriciyə təsir edən əsas faktorlar arasında Rusiya Mərkəzi Bankın monetar siyasəti, makroprudensial tənzimləmə ilə bağlı dəyişikliklər və banklararası rəqabət yer alır.

Ekspert xatırladıb ki, 2024-cü ildə depozitlər üzrə orta faiz dərəcəsi 17,5% səviyyəsində olub. Lakin Zemlyanova əlavə edib ki, Mərkəzi Bankın əsas faiz dərəcəsi hələ zirvəyə çatmayıb. Bu isə yaxın gələcəkdə depozitlər üzrə gəlirliliyin artmasına şərait yarada bilər.

Ən sərfəli kredit üçün müraciət et

Zemlyanova qeyd edib ki, yüksək faiz mühitində qısamüddətli əmanətlər daha cəlbedici olacaq. Bu, müştərilərə minimal risklə yüksək gəlirlikdən faydalanmaq imkanı verəcək.

Analitik əlavə edib ki, Rusiya bankları arasında artan rəqabət də depozit gəlirliliyinin artmasına təkan verir. Banklar tənzimləyicinin normativlərini yerinə yetirmək üçün əmanət faizlərini artırmağa məcburdur.

Qeyd edək ki, ekspertlər hesab edir ki, 2025-ci il Rusiyanın depozit bazarı üçün dönüş nöqtəsi olacaq və bu dövrdə əmanətçilər üçün daha sərfəli şərtlər təklif ediləcək.