Müəllif: Gülnar Əhmədli, Banco.az
Yelo Bank-ın xalis mənfəəti 2023-cü ildə 4 dəfə artaraq 20 milyon 761 min manata çatıb.
Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, 2022-ci ilin eyni dövründə Yelo Bank-ın mənfəəti 5 milyon 231 min manat təşkil edib.
2023-cü ilin dördüncü rübünün sonunda bankın cəmi aktivləri 1 milyard 566 milyon 452 min manat olub, bu da 2022-ci ilin sonu ilə müqayisədə 744,9 milyon manat, yəni 90,7% artım deməkdir.
Hesabat dövründə bankın həm kredit, həm də əmanət portfeli böyüyüb.
2023-cü ilin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 142 milyon 361 min manat və ya 22,8% artaraq 764,3 milyon manat təşkil edib.
Hesabata görə bankın əmanət portfelində də nəzərə çarpan artım qeydə alınıb. Belə ki, bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 719,7 milyon manat (2,3 dəfə) artaraq 1 milyard manatı üstələyib (1 milyard 292 milyon manat).
Bizi sosial şəbəkələrdən izləyin!!