2018-ci ildə banklar ortalama nə qədər ipoteka krediti verib? - TƏHLİL | Banco.az

2018-ci ildə banklar ortalama nə qədər ipoteka krediti verib? - TƏHLİL

2018-ci ilin aprel ayında  kommersiya bankları 26 mln manat ipoteka krediti vermişdir. Bu da keçən ayın göstəricisindən 68%, keçən ilin aprel ayı  ilə müqayisədə  62% çoxdur. 

2018-ci ildə dörd ay ərzində kommersiya bankları tərəfindən 75 mln 400 min cəmi ipoteka krediti  verilib, bu göstərici keçən ilin (2017) dörd ayı üzrə olan rəqəmdən 41% çoxdur. Kommersiya bankları 2018-ci ilin yanvar, fevral, mart və aprel ayları üzrə ortalama 18 mln 850 min ipoteka krediti verilib, keçən il isə həmin rəqəm 13 mln 400 min təşkil edirdi.

Xəzər Aslanov. banco.az