130 illik nəhəng eynək şirkəti iflasa uğradı | Banco.az

130 illik nəhəng eynək şirkəti iflasa uğradı

Müəllif:Mehin Qasımova,Banco.az

130 il əvvəl Almaniyada qurulan gözlük nəhəngi "Menrad" iflas edib.

Banco.az xəbər verir ki, Baden-Vürtemberqdə yerləşən, eynək çərçivələri, linzalar və gün eynəyi linzalarının dizaynı və istehsalı ilə məşğul olan və bütün dünyada müştərilərə xidmət göstərən ailə şirkəti qapılarını bağladı və 100-dən çox işçini işdən çıxardı.

May ayına qədər maaşlar iflas kompensasiyasından ödənilirdi. Şirkəti almaq üçün investor axtarıldı, lakin bu da uğursuz oldu. 

Pluta Hüquq Firmasından verilən açıqlamaya görə, 130 illik şirkət iflas edib və 100 işçi işdən çıxarılıb.