"110-dan çox ölkədə kredit bürosu var və Azərbaycan da bu işin öhdəsindən gələcək" | Banco.az

"110-dan çox ölkədə kredit bürosu var və Azərbaycan da bu işin öhdəsindən gələcək"

Bugün “Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyəti ilə bağlı  mətbuat konfransı keçirilir. 

Banco.az xəbər verir ki, keçirilən mətbuat konfransında Azərbaycan Kredit Bürosu MMC-nin baş direktoru Elçin HəbibovKredit bürosunun borcalanın risk öhdəliyini müəyyən etdiyini vurğulayıb. Həmçinin sədr qeyd edib ki, bu kredit götürməni asanlaşdıracaq və tezləşdirəcək.

Elçin Həbibov "110-dan çox ölkədə kredit bürosu var və Azərbaycan da bu işin öhdəsindən gələcək" deyə əlavə edib.

Təsisçilərin qərarı ilə Azərbaycan Kredit Bürosunun direktoru Elçin Həbibov seçilib.

Kapitalı 2 milyon manat olan kredit bürosu, kommersiya hüquqi şəxsdir.