Unibank
Təlim və İnkişaf üzrə Aparıcı /Baş Mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- İllik təlim planının hazırlanmasının təşkili, plana uyğun və plandan kənar daxili və xarici təlimlərin idarə edilməsi;
- Təlim iştirakçılarının qeydiyyatı, məlumat bazasının və təlimçi bazasının formalaşdırılması və inkişafı, təlim qruplarının idarə edilməsi;
- Təlimlər, attestasiyalar və qiymətləndirmə proseslərinin təşkili, nəticələrin idarə edilməsi, sənədləşmə, daxili proqram təminatında qeydlərin aparılması və hesabatların hazırlanması;
- Seminar, forum, konfrans və təcrübə mübadiləsi proqramlarında iştirakın təşkili, xarici təlim mərkəzləri ilə əməkdaşlıq, danışıqların, sənədləşmə və ödənişlərin idarə edilməsi;
- Yerli və xarici Universitetlər ilə əlaqələrin qurulması, inkişaf və təcrübə proqramlarının təşkili;
- Əməkdaşların məmnunluq və bağlılıq sorğularının təşkili, nəticələrin təhlili və inkişaf planlarının hazırlanması;
- Fəaliyyət sahəsinə aid qayda, prosedur və korporativ aktların hazırlanması və yenilənməsi, effektivliyin artırılması üzrə təkliflərin verilməsi və icrası;
- İstedadların idarə olunması və davamçıların yetişdirilməsi təşəbbüslərinə dəstək və koordinasiya;
- Karyera planlaması layihəsinin hazırlanması və həyata keçirilməsi prosesinə dəstək;
Tələblər
- Ali təhsil
- Təlim və İnkişaf, karyera planlaması sahələri üzrə minimum 2–3 il iş təcrübəsi;
- Yüksək araşdırma və analitik düşünmə bacarığı;
- Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
- Nəticəyönümlülük və təqdimat bacarığı;
- Rus və ya ingilis dillərində mükəmməl səviyyədə bilik;
- HR sahəsində beynəlxalq sertifikat (SHRM, HRCI, CIPD) arzuolunandır
Müraciət üçün daxil olun
