«Moody’s Investors Service» Beynəlxalq agentliyi “Unibank” ASC- nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv” kimi təsdiqləyərək, bankın 2014 -cü ildən bu günə qədər reytinqini «B2» səviyyəsində qoruyub saxladığını bir daha təsdiq etdi.
Unibank-ın Maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq agentliyin bu qərarı, Unibank-ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Emin Rəsulzadə Unibank-ın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.
“Moody's " beynəlxalq reytinq agentliyi "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi isə "E+" səviyyəsində qiymətləndirilib. Agentlik ekspertlərinin rəyində yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və pərakəndə müştərilərin aktivliyinə görə, Unibankın Azərbaycanın öndə gedən banklarından və ölkənin 5 ən boyük bankından biri olduğu vurğulanır. "Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.