Azər Türk Bank-da bayraq aksiyası | Banco.az

Azər Türk Bank-da bayraq aksiyası

Ölkəmiz üçün əlamətdar günlərdə bayraq aksiyasının keçirilməsi artıq Azər Türk Bankda xoş bir ənənədir.

Bank 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günündə də həmvətənlərimizə bayram təbriklərini ənənəvi tərzdə yetirib.

Bankın Baş Ofisinin və bütün filiallarının binalarının fasadları üzərində Azərbaycanın dövlət bayrağı asılıb.