Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-də texnologiya sektoruna və xarici işçilərin işə götürülməsinə təsir edən məhkəmə qərarı verilib.
Banco.az xəbər verir ki, məhkəmə işəgötürənlərdən yeni "H-1B" viza müraciətləri üçün 100 min dollar ödəməyi tələb edən prezident fərmanını və buna əsaslanan qurumlar tərəfindən tətbiq edilən qərarı qanunsuz hesab edib.
Qərar 20 ştatın birgə iddiası nəticəsində verilib və hakimiyyət bölgüsü prinsipinin pozulduğu qənaətinə əsaslanır. Sözügedən viza rüsumu siyasəti ləğv edilib.
Qərarda ABŞ Konstitusiyasına görə, vergi tətbiq etmək səlahiyyətinin Konqresə məxsus olduğu və icra hakimiyyətinin bu addımının hakimiyyət bölgüsü prinsipini və inzibati prosedur qanunlarını pozduğu vurğulanıb.
Qeyd edək ki, "H-1B" viza proqramı, xarici işçilərin ABŞ-də, xüsusən də texnologiya, elm və mühəndislik kimi ixtisaslaşmış sahələrdə işləməsinə imkan verən viza kateqoriyası kimi tanınır.
