Mərkəzi Bankın müstəqilliyi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Mərkəzi Bankın müstəqilliyi

Mərkəzi Bankın əsas məqsədinə nail olmaq üçün fəaliyyətinin hər hansı bir kənar müdaxilədən qorunmasıdır. "Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının qanunu"nun 6-cı maddəsinə görə "Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz."