Müəllif:Mehin Qasımova,Banco.az
Facebook-un qurucusu Mark Zukerberq məhkəmədə şahid qismində çıxış edərək, "Instagram" platformasında yeniyetmələrin cəlb olunması və 13 yaşdan aşağı istifadəçilərə aid hesabların nəzarət mexanizmləri barədə sualları cavablandırıb.
Banco.az xəbər verir ki, o məhkəmədə bildirib ki, "Meta" 13 yaşdan aşağı istifadəçilərə aid hesabların aşkarlanması və silinməsi üçün bir sıra alətlər hazırlayıb.
Bununla belə, o, yaşın təsdiqlənməsinin texniki baxımdan mürəkkəb məsələ olduğunu vurğulayıb: “Yaşları ilə bağlı yalan danışan insanların sayı çoxdur”, – deyə qeyd edib.
Məhkəmə prosesi sosial media platformalarının gənclərin psixoloji vəziyyətinə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Qeyd edək ki, "Instagram" qaydalarına əsasən 13 yaşdan kiçik şəxslərin tətbiqdən istifadəsi qadağandır.
