Yuan psixoloji həddi keçib | Banco.az

Yuan psixoloji həddi keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yuan psixoloji həddi keçib.

Banco.az xəbər verir ki, xaricdə aparılan əməliyyatlarda (offşor bazarda) yuan bu gün ABŞ dolları qarşısında təxminən 0,2 faiz dəyər qazanaraq 6,9964 səviyyəsində ticarət olunub. Bu yüksəliş Çin Mərkəzi Bankının gündəlik referans məzənnəni 2024-cü ilin sentyabr ayından bəri ən güclü səviyyəyə çəkməsindən sonra baş verib.

Daxili bazarda isə Çin valyutası 0,1 faiz artaraq 7,0067 səviyyəsinə yüksəlib. “Bloomberg News”ə danışan mənbələr bildiriblər ki, Çinin iri dövlət banklarının 7,006 səviyyələrindən intensiv şəkildə dollar alışı həyata keçirməsi bazarda axının dollar satışına yönəlməsinə səbəb olub.

Yuan ABŞ dollarının ümumi zəifləməsi, Çin fond bazarlarında bərpadan sonra artan kapital axını və geosiyasi gərginliklərin azalması fonunda son beş ilin ən yaxşı göstəricisinə doğru irəliləyir. Pekin administrasiyası məzənnədə kəskin dalğalanmalara yol vermədən yuanı son bir neçə ay ərzində nəzarətli şəkildə gücləndirməyə çalışır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram