Yeni tikili binalarda mənzillərin qiyməti – Araşdırma | Banco.az

Yeni tikili binalarda mənzillərin qiyməti – Araşdırma

Araşdırma: Gülnar Əhmədli

Daşınmaz əmlak bazarı iqtisadiyyatın çevik və dinamik sahələrindən biridir. Bu dinamiklik günü-gündən tikilən binaların sayının artmasına gətirib çıxarır. Yaşayış binalarının sayının daim artmasına baxmayaraq, istər təkrar mənzil bazarında, istərsə də ilkin mənzil bazarında qiymətlər artmaqdadır.

Banco.az Bakıda daha sərfəli qiymətləri olan və hazırda tikintisi davam edən yaşayış komplekslərindəki mənzillərin 1 kvadrat metrinin qiymətini araşdırıb. Araşdırmamıza görə, hazırda tikintisi davam edən binalarda mənzillərin kvadrat metrinin başlanğıc qiyməti 1 000 manatdır. Araşdırdığımız komplekslər bunlardır: Blue City, Firavan Park, Binagadi Park Residence, Greenville Residence, Diamanti Residence, Gunashli Residence, Parla Residence, Avant Vista, Çinarlı Park, Jasmin Park Yasamal, Elite Garayev Residence, Marbel Residence İspan Evləri, Park Yasamal 2, Khatai Tower, Akhundov Residence, Tusi Park, Eleven Park, Bakı Evləri, Highland Residence, Central Towers. Ötən illə müqayisədə bu il bütün komplekslərin qiymətlərində 200-300 manat artım müşahidə edilir. 

Qeyd edək ki, binalardakı evlərin qiyməti onun sahəsinə, yerləşdiyi məkana, mənzərəsinə və bu kimi digər xüsusiyyətlərinə görə dəyişir. Qeyd edilən nömrələrlə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram