Yeni nəsil kassa aparatları ilə dövriyyə 20 mlrd. manata yaxınlaşıb | Banco.az

Yeni nəsil kassa aparatları ilə dövriyyə 20 mlrd. manata yaxınlaşıb

2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

    Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb.

    apa