Yelo Bank-dan sahibkarlar üçün sərfəli tarif paketləri | Banco.az

Yelo Bank-dan sahibkarlar üçün sərfəli tarif paketləri

Yelo Bank kiçik və orta sahibkarların işini asanlaşdırmaq və bank xərclərini daha səmərəli idarə etmək üçün yeni biznes tarif paketləri təqdim edib.

Bu paketlər sayəsində fərdi sahibkarlar və hüquqi şəxslər bank xidmətlərindən əvvəlcədən planlaşdırılmış və sərfəli şərtlərlə yararlana bilirlər. Müştəri seçdiyi paket çərçivəsində təqdim olunan xidmətlərdən illik limitlər daxilində əlavə komissiya ödəmədən istifadə edə bilər.

Yeni paketlər nələr vəd edir?

- Bank xərclərini əvvəlcədən planlaşdırmaq və sadələşdirmək,

- Tez-tez əməliyyat edən bizneslər üçün qənaət imkanı,

- Biznesin ölçüsünə və ehtiyacına uyğun 4 fərqli seçim,

- Paketə köçürmələr, nağdlaşdırma, əməkhaqqı layihəsi, POS, kassa əməliyyatları və daha çoxu daxildir,

- Əlavə komissiya ödəmədən rahatlıqla istifadə.

Yelo Bank-ın yeni tarif paketləri biznesinə çeviklik və rahatlıq qatacaq. Seçimini et, işini rahatlaşdır, büdcəni daha yaxşı idarə et!

Ətraflı məlumat üçün: https://bit.ly/3Itj4Wd.


Biznes kredit şərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!