Yaponiyanın “Nikkei” indeksinin artımı rekord həddə çatdı | Banco.az

Yaponiyanın “Nikkei” indeksinin artımı rekord həddə çatdı

Müəllif:Mehin Qasımova,Banco.az

Asiyanın ən böyük fond birjası olan Tokio Fond Birjasında ticarət İranın münaqişələrin həlli təklifləri ilə bağlı xəbərlər fonunda yüksəlişlə açılıb.

Banco.az xəbər verir ki,  ticarət məlumatına görə, Yaponiyanın 225 aparıcı şirkətinin səhm qiymətlərini ölçən etalon indeks olan "Nikkei"  ticarət zamanı 1,86% artaraq 60.784,24 bəndə çatdı.

Bununla da indeks tarixdə ilk dəfə 60.000 bənd həddini aşaraq aprelin 23-də qeydə alınmış əvvəlki rekordunu geridə qoyub.