Yaponiyada yanvarda inflyasiya 4%-ə qədər sürətlənib | Banco.az

Yaponiyada yanvarda inflyasiya 4%-ə qədər sürətlənib

Müəllif - Eldar Kərimov - Banco.az

Yaponiyada yanvar ayında istehlak qiymətləri illik ifadədə 4% artıb, bu barədə ölkənin Daxili İşlər və Kommunikasiya Nazirliyi məlumat verib.

Inflyasiya dekabrdakı 3,6%-lə müqayisədə sürətlənib və 2023-cü ilin yanvar ayından bəri ən yüksək səviyyəyə çatıb.

Təzə ərzaq məhsulları nəzərə alınmadan qiymətlər (Yaponiya Bankı tərəfindən izlənilən əsas göstərici) 3,2% artıb ki, bu da 2023-cü ilin iyun ayından bəri ən əhəmiyyətli yüksəlişdir. Trading Economics tərəfindən sorğulan analitiklər orta hesabla dekabrdakı 3%-lik artımdan sonra 3,1% artım proqnozlaşdırmışdılar.

Yaponiyada əsas inflyasiya göstəricisi Mərkəzi Bankın 2%-lik hədəf səviyyəsində və ya ondan yuxarıda təxminən üç il ardıcıl olaraq qalıb.

Ölkədə yanvar ayında ərzaq qiymətlərinin artımı son on beş ayın maksimumu olan 7,8%-ə qədər sürətlənib (dekabrda - 6,4%). Elektrik enerjisinin qiyməti 18% (18,7%), qazın qiyməti isə 6,8% (7,8%) artıb. Geyim qiymətləri 2,8% (2,9%), mebel və ev əşyaları 3,4% (3%) yüksəlib. Nəqliyyat xidmətləri 2% (1,1%), tibbi xidmətlər isə 1,8% (1,7%) bahalaşıb.

Eyni zamanda, keçən ay rabitə xidmətləri 0,3% (-2,1%), təhsil xidmətləri isə 1,1% (-1%) ucuzlaşıb.

Yaponiyada yanvarda ərzaq və enerji daşıyıcıları nəzərə alınmadan inflyasiya illik ifadədə 2,5% təşkil edib, bu, əvvəlki aydakı 2,4%-lə müqayisədə artımdır.

Yaponiyada istehlak qiymətləri yanvarda dekabrla müqayisədə 0,5% artıb.