Yaponiyada düyü böhranı | Banco.az

Yaponiyada düyü böhranı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada artan düyü qiymətlərinə görə hökumətin ehtiyatdan əlavə 200 min ton düyü satacağı öyrənilib.

Banco.az xəbər verir ki, Yaponiya Kənd Təsərrüfatı Naziri Şinciro Koizumi əsas qida məhsulu olan düyünün artan qiymətlərini nəzarətə almaq məqsədilə hökumət ehtiyatlarından əlavə 200 min ton düyünün satışa çıxarılacağını açıqlayıb. Satışlar birbaşa pərakəndə satış şirkətləri ilə bağlanacaq müqavilələr vasitəsilə həyata keçiriləcək.

Bazara çıxarılacaq düyünün 100 min tonu 2020-ci, digər 100 min tonu isə 2021-ci il məhsuluna aiddir. 2020-ci il məhsulu olan düyünün 5 kiloqramlıq paketlərinin mağazalarda 1700 yen kimi daha münasib qiymətlərlə satılması gözlənilir.

Bu addımla birlikdə Yaponiyanın düyü ehtiyatı təxminən 100 min tona düşəcək. Mart və aprel aylarında keçirilən hərraclardan əvvəl ehtiyat həcmi 910 min ton civarında idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram