Yaponiyada baza inflyasiyası 42 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yaponiyada baza inflyasiyası 42 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Yaponiyada istehlak qiymətlərinin əsas ölçüsü olan baza inflyasiyası ötən 42 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Yaponiyada inflyasiyanın gözləniləndən yüksək olması mərkəzi bankın üzləşdiyi çətinlikləri artırıb.

Enerji və ərzaq qiymətlərinin çıxarıldığı, lakin spirtli içkilərin daxil olduğu əsas istehlak qiymətləri indeksi illik 4,3 faiz artaraq 1981-ci ilin iyunundan bəri ən sürətli illik artımı reallaşdırıb.

Qeyd edək ki, Yaponiyanın başlıq inflyasiya səviyyəsi isə aprel ayında qeydə alınan 3,5%-dən may ayında 3,2%-ə geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram