Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana ötən ay 16 milyon 238 min ABŞ dolları dəyərində 70 min 145 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 62,6%, həcmi isə 50,8% azalıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 232 dollar olub ki, bu da 2022-ci ilin eyni dövrü (304,4 dollar) ilə müqayisədə 23,8% və ya 72,4 dollar azdır.
Əlavə edək ki, yanvar ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,43%-nə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!