Yanvar ayında əhalinin gəlirləri artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yanvar ayında əhalinin gəlirləri artıb

2017-ci ilin yanvarında Azərbaycanda əhalinin nominal gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 3,48 milyarda çatıb.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatına istinadən məlumat verilir.

Hesabata görə, qeyd olunan dövrdə əhalinin adambaşına düşən gəliri 3,4 faiz artaraq 358,6 manat təşkil edib.

Bundan başqa qeyd olunub ki, əhalinin sərəncamında qalan gəlirlər ötən ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 3,14 milyard manat təşkil edib.

Mənbə: Trend.az