Xiaomi 5,5 milyard dollar cəlb etdi | Banco.az

Xiaomi 5,5 milyard dollar cəlb etdi

Müəllif  - Fərid İslamov - Banco.az

 Çin istehlak elektronikası istehsalçısı Xiaomi, səhmlərin yerləşdirilməsi hesabına təxminən 5,5 milyard dollar cəlb edib.

Xiaomi, çərşənbə axşamı bazar açılmadan əvvəl verdiyi məlumatda, 800 milyon səhm yerləşdirdiyini və hər birini 53,25 Honq-Konq dolları (6,85 ABŞ dolları) qiymətinə satdığını bildirib. Yerləşdirmə qiyməti, bazar ertəsi günü bazarın bağlanma qiymətlərinə görə 6,6% endirim daxil edir.

Toplanan vəsaitlərin əsasən biznesin genişlənməsini sürətləndirmək, Tədqiqat və İnkişaf (T&İ) layihələrinə investisiya qoymaq və digər ümumşirkət məqsədlərinə yönəldilməsi planlaşdırılır.

Əməliyyatın koordinatorları, təşkilatçıları və vasitəçiləri China International Capital Corporation Hong Kong Securities, Goldman Sachs (Asia) və J.P. Morgan Securities (Asia Pacific) olub.

Çərşənbə axşamı keçirilən ticarətlərdə Xiaomi səhmləri 6% ucuzlaşaraq hər biri 53,6 dollara düşüb.