Ümumdünya Səhiyyə Təşkilatı-nın məlumatına görə, 2024-cü ildə xərçəng ölüm hallarının əsas səbəblərindən biri olub. Bu ürək xəstəliklərindən sonra dünyada ən çox ölümə səbəb olan xəstəlikdir.
İnsanlar bu xəstəliyin fiziki və psixoloji təsirləri ilə mübarizə apararkən, həm də xəstəliyin müalicəsi, düzgün həkim seçimi, keyfiyyətli xəstəxana ilə mübarizə aparmalı olurlar. Ölkəmizdə və dünyada sürətlə artan xərçəng xəstəliyi maddi olduğu kimi mənəvi mübarizəni də ehtiva edir.
Bu istiqamətdə “Korporativ Həyat Sığortası” uzun və çətin müalicə tələb edən xərçənglə mübarizədə sığortalıların həyatını asanlaşdıran həll kimi seçilir və müalicə dövründə yaranan əsas ehtiyacların qarşılanmasını təmin edir. Bu məhsula qoşulan şirkətlər əməkdaşlarını dünyanın istənilən yerində xərçəng və digər kritik xəstəliklər (insult, miokard infarktı, aorto-koronar şuntlama, böyrək çatışmazlığı, iflic və s.) zamanı maddi təminat altına alır. Ödənilən vəsaitin istifadəsini isə tam şəkildə əməkdaşın ixtiyarına buraxır.
Bu sığorta növü kritik xəstəliklər zamanı əməkdaşın müalicəsi üçün tələb olunan xərcləri tam təmin edir. Ödənilmiş məbləğ əsasında sığortalanan əməkdaş öz müalicəsini istədiyi şəkildə (xəstəxana, ölkə və s.) özü təyin edə və ya seçə bilir.
PAŞA Həyat Sığorta şirkəti tərəfindən təklif olunan “Korporativ Həyat Sığortası” və “Fərdi Həyat Sığortası” məhsulları haqqında ətraflı məlumatı (012) 942 nömrəsinə zəng edərək və ya PAŞA Həyat (//pasha-life.az/products/korporativ-sigorta/) saytına daxil olaraq əldə edə bilərsiniz.
